Azərbaycan Basketbol Liqasında XVIII turun ən yaxşısı bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Azbasketbol" “Şəki”nin heyətində "Sumqayıt"la matçda əla performans göstərən Terens Hanter-Vitfildi XVIII turun basketbolçusu seçib. Belə ki, basletbolçu son oyunda 31 xal toplayıb. Həmçinin o, 3 ribaund və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, sözügedən qarşılaşmada "Şəki" "Sumqayıt"ı 104:96 hesabıyla məğlub edib.