Azərbaycan Basketbol Liqasında XVI turun ən yaxşısı bəlli olub. 

Offsideplus.az xəbər verir ki, "Azbasketbol" “Şəki”nin heyətində "Ordu" ilə matçda əla performans göstərən Roti Veyri XVI turun basketbolçusu seçib. Belə ki, basletbolçu son oyunda 33 xal toplayıb. Həmçinin o, 11 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bununlada amerikalı ardıcıl olaraq 2-ci həftədir ki, Turun Basketbolçusu olur.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Şəki" "Ordu"nu 89:74 hesabla məğlub edib.