Azərbaycan Basketbol Liqasında XV turun ən yaxşısı bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Azbasketbol" “Şəki”nin qələbəsində böyük pay sahibi olan Roti Veyri XV turun basketbolçusu seçib. Belə ki, komandanın yeni kapitanı “Lənkəran” üzərində qələbədə 33 xal toplayıb. Həmçinin o, 5 ribaund və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, sözügedən qarşılaşmada "Şəki" "Lənkəran"ı 81:75 hesabla məğlub edib.