İspaniyanın Podemos Partiyasının lideri İone Belarra Daxili və Xarici İşlər Nazirliyinə məktib göndərib.
Offsideplus.az xəbər verir ki, siyasətçi xanım basketbol üzrə Avroliqada keçiriləcək "Real Madrid" - "Makkabi" (Təl-Əviv) matçının baş tutmasına etiraz edib. O, İsrail təmsilçisinin Madridə gəlməsini istəməyib:
"İspaniya xalqı yüksək səslə və açıq şəkildə Fələstinə qarşı soyqırım törədən siyonistlərlə bütün əlaqələrin kəsilməsini istəyir. Bu hadisələrə dəstək olan basketbol komandasının və tüm israilli azarkeşlərin Madridə girişinə qarşı çıxmalıyıq".