Dünən basketbol üzrə Avroliqada 5 oyun keçirilib.
Offsideplus.az xəbər verir ki, Türkiyə təmsilçiləri də növbəti görüşlərini keçiriblər. "Anadolu Efes" səfərdə "Jalqiris"ə məğlub olub. "Fənərbağça" isə "Real Madrid"a qalib gəlib.
Qeydə alınan nəticələri təqdim edirik:
"Jalqiris" - "Anadolu Efes" 85:72
"Makkabi" (Təl-Əviv) - "Barselona" 86:88
"Bayern" - "Saski" 94:80
"Partizan" - "Panatinaikos" 91:73
"Real Madrid" - "Fənərbağça" 70:82