Basketbol üzrə Avroliqanın növbəti turunda "Barselona" "Paris" ilə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma qonaqların 103:87 (31:18; 14:30; 28:22; 30:17) hesablı qələbəsi ilə başa çatıb.

Oyunda Cabari Parker Kataloniya təmsilçisinin heyətində ən yaxşı seçilib. Müdafiəçi qarşılaşma ərzində 19 xal qazanıb, 3 məhsuldar ötürmə, 5 ribaund edib.

Fransızlardan isə Ti Djey Şorts fərqlənib. Oyunçu 24 xal, 3 məhsuldar ötürmə və 1 ribaundla diqqət çəkib.