Basketbol üzrə Avroliqada növbəti turun oyunları keçirilib. 

Offsideplus.az xəbər verir ki, dünən Kaunasda "Jalqiris" "Fənərbağça" ilə qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 72:65 (17:21, 26:5, 9:21, 20:18) hesablı qələbəsi ilə başa çatıb.

"Jalqiris"in heyətində ən yaxşı oyunçu Ronni Uoker olub. Müdafiəçi görüşdə 19 xal qazanıb, 3 məhsuldar ötürmə və 3 ribaund edib.

"Fənərbağça"nın heyətində isə Marko Quduriç ən yaxşı seçilib. Müdafiəçi görüş ərzində 17 xal qazanıb, 3 məhsuldar ötürmə, 4 ribaund edib.