Futzal üzrə Moldova millisinin baş məşqçisi Vladimir Vusatıy Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycana 3:5 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Vusatıy dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıqlarını bildirib:
“Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Bu görüşdə yaxşı nəticə əldə etmək üçün çoxlu məşqlər etmişdik. Həqiqətən də mütəmadi Avropa çempionatının final mərhələsində çıxış edən komandaya qarşı oyun planında yaxşı təsir bağışladıq".
O bildirib ki, çox istəkli idilər: "Fiziki və funksional olaraq tapşırıqları yerinə yetirdik. Ancaq xırda nüanslar çatmadı ki, bu əziyyətimizi qələbəyə çevirək”.