Basketbol üzrə Azərbaycan Kubokunun təqvimi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, turnirin 1/4 final mərhələsi 18-19 fevral tarixlərində oynanılacaq.
Yarımfinal mərhələsinin oyunları isə 20 fevralda baş tutacaq.
Kubokun sahibi fevralın 22-də məlum olacaq.
Turnirin təqvimi belədir:
18 fevral, 1/4 final
16:00 "Ordu" - "Sumqayıt"
19:00 "Quba" - "Sabah"
19 fevral, 1/4 final
16:00 "Gəncə" - "Neftçi"
19:00 "Abşeron Lions" - "Şəki"



