NBA-in müntəzəm mövsümü davam edir.
Offsideplus.az xəbər verir ki, Qərb Konfransında bir az əvvəl başa çatan matçda Sacramento Kings və Los Angeles Lakers üz-üzə gəlib.
Luka Donçiçin atdığı 42 xal Lakers' a qələbə gətirməyib. Kings görüşdən 124:112 hesablı qələbə ilə ayrılıb.
Onlar ardıcıl ikinci qalibiyyətini əldə edib.
Gecənin digər oyunlarında isə bu nəticələr qeydə alınıb:
Cleveland Cavaliers 112-123 Utah Jazz
Indiana Pacers 98-96 Boston Celtics
Toronto Raptors 102-115 Philadelphia 76-ers
Dallas Mawericks 113-105 Brooklyn Nets
Los Angeles Clippers 117-109 Charlotte Hornets



