Basketbol üzrə Azərbaycan Kubokunda mübarizə başlayır.
Offsideplus.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin iki oyunu baş tutacaq.
Saat 17:00-da "Neftçi" - "Lənkəran" , 3 saat sonra isə "Naxçıvan" - "Quba" oyunları keçiriləcək.
Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.
Sabahkı iki oyundan sonra bütün 1/4 finalçılar məlum olacaq: "Şəki" - "Sərhədçi" və NTD - "Sumqayıt". Növbəti mərhələnin oyunları 18-22 fevral tarixlərində olacaq.
13 yanvar
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
"Neftçi" - "Lənkəran" 86:54 (24:12, 17:9, 28:13, 17:20)
20:00 "Naxçıvan" - "Quba"



