Azərbaycan Basketbol Liqasında (ABL) XII turun matçları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Sabah" bu gün ilin ilk oyununa çıxıb. "Bayquşlar" NTD ilə üz-üzə gəlib və qələbə qazanıb.

Günün digər qarşılaşmasında "Neftçi" və "Şəki" komandaları qarşılaşıb. Bu oyun saat 17:00-da start götürüb və "ağ-qaralar"ın qalibiyyəti ilə yekunlaşıb.

Hər iki görüş "Sərhədçi" İdman Mərkəzində oynanılıb.

Qeyd edək ki, bu komandalar A qrupunda mübarizə aparır. 

ABL, XII tur
A qrupu

"Sabah" - NTD 121:76 (32:20, 33:12, 33:25, 23:19)

17:00 "Neftçi" - "Şəki" 82:60 (19:14, 24:12, 20:16, 19:18)