Azərbaycanın UEFA reytinqindəki mövqeyi ötən həftə ilə müqayisədə dəyişməyib.
Offsideplus.az xəbər verir ki, bu, avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra bəlli olub. Hazırda 26-cı sırada qərarlaşan ölkəmizin əmsalı 18,875 olaraq qalır.
Azərbaycanı təmsil edən "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyada "Dinamo" (Zaqreb) ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub. Digər təmsilçimiz "Zirə" isə UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya 0:6 hesabı ilə uduzub.
Kipr 19,225 əmsalla 25-ci pillədə yer alıb, Bolqarıstan isə 18,625 əmsalla 27-ci sıradadır. 55 ölkənin yer aldığı reytinq siyahısına isə İngiltərə 89,303 əmsalla başçılıq edir.