"Sabah" İshak Belfodillə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu 2023-cü ildən Masazır təmsilçisinin heyətində çıxış edir. O, bu müddət ərzində 21 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.