Rusiyanın “Lokomotiv” klubu "Qarabağ"ın futbolçusu Olavio Juninyonun transferindən imtina edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Match TV" məlumat yayıb.

Qeyd olunub ki, Moskva təmsilçisi açıqlanmayan səbəblərdən dolayı braziliyalını transfer etməyəcək.

2023-cü ildən Ağdam klubunun formasını geyinən 27 yaşlı hücumçu ümumilikdə 55 oyunda 31 qol vurub və 11 məhsuldar ötürmə edib.