Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "bayquşlar" iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək. 

“Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.

Qarşılaşma iyulun 25-də baş tutacaq.