"Neftçi" hücumçusu Andre Şinyaşiki Premyer Liqanın 9-cu turunun "Qarabağ"la görüşünə qədər tam sağalacaq.

Offsideplus.az xəbər verir ki, ölkə çempionatının 7-ci turunda "Zirə" ilə görüşdə (1:1) zədələnən və bu səbəbdən dünən "Turan-Tovuz"a qarşı keçirilmiş görüşdə də meydanda olmayan braziliyalının gələn həftədən ümumi qrupda məşqlərə başlayacağı gözlənilir.

"Neftçi" - "Qarabağ" qarşılaşması oktyabrın 8-də "Neftçi Arena" stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.