"Neftçi" baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komanda Azərbaycan çempionatında cari mövsüm keçirdiyi 9 oyunda 5 heç-heçə edib, 4 dəfə məğlub olub.