Dünən Türkiyə Super Liqasının 8-ci turunda "Qaziantep" "Beşiktaş"la qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
İstanbul təmsilçisinin üzvü Gedson Fernandes üçün bu oyun xüsusi önəm daşıyıb. Yarımmüdafiəçini Portuqaliya millisinin skautları izləyib. Məlumatı "Fanatik" nəşri yayıb.
Skautlar öz qeydlərini baş məşqçi Roberto Martinezə çatdıracaqlar. Oyunçunun milliyə çağırılıb-çağrılmaması belçikalının qərarından asılı olacaq.