Harri Keyn maraqlı açıqlama ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, "Bild"ə ingiltərəli forvard Çempionlar Liqasının qalibi olmaq isdəyini bildirib:
“Finala çıxmaq və kuboku qazanmaq istəyirəm. Çempionlar Liqası ən böyük yarışdır. Kuboku hansısa yolla əldə etsək, bu, fantastik bir mövsüm olacaq. Xüsusən də onu "Allianz Arena"da qazansa. Çətin bir yol olacaq, amma buna hazıram. Bu oyunlar həmişə böyük matçlardır. Atmosfer və pərəstişkarlar həmişə inanılmazdır”.