Leroy Sane karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Bayern"in üzvü ilə "Barselona" yaxından maraqlanır. Bu məlumatı "Sport.es" yayıb.
İnformasiyaya görə, kataloniyalılar yayda Saneni transfer etmək istəyib. Lakin Münhen təmsilçisi külli miqdarda pul istəyib. Bu səbəbdən də keçid baş tutmayıb.
Qeyd edək ki, Sanenin "Bayern"lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. "Barselona" yarımmüdafiəçini transfer etmək üçün bu fürsəti gözləyir.