"Fənərbağça"nın futbolçusu Osayi- Samuel ilə iki klub yaxından maraqlanır.
Offsideplus.az xəbər verir ki, "Norviç Siti" və "Lans" oyunçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İnformasiyada klubların nigeriyalı ilə yanvarda razılaşmağa və mövsüm sonunda ödənişsiz keçidini təmin etməyə çalışacaqları vurğulanıb.
Qeyd edək ki, zədəyə görə Super Liqanın son 5 matçını buraxan oyunçu yeni mövsümdə 6 qarşılaşmada meydana çıxıb və 1 məhsuldar ötürməyə imza atıb.