"Qalatasaray"ın ulduz futbolçusu sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, dünən "Alanyaspor"a qarşı matçda əsas heyətdə çıxış edən İsmayıl Yakobsun əməliyyat olunacağı iddia edilib. Bu barədə "Joueurs SN" məlumat yayıb.

Sol cinah müdafiəçisinin dizində oynamağına əngəl olmayacaq, amma əməliyyat edilməsi gərəkən problem olduğu aşkarlanıb.

Yakobsun qarşıdakı günlərdə əməliyyat olunacağı və bir neçə həftə müalicəsinin davam edəcəyi qeyd olunub.