"Azərbaycandan yaxşı təklif alsam, karyeramı bu ölkədə davam etdirəcəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında "Turan Tovuz"un sabiq futbolçusu Henri Okebuqvu söyləyib. Hazırda azad agent olan oyunçu gələcək karyerası ilə bağlı danışıb:

"Azərbaycanı sevirəm. Hələ ki, yerli klublardan təklif almamışam. İndi tətildəyəm. Gələn həftələrdə yeni təkliflər gələcəkmi, görəcəyik".

Qeyd edək ki, nigeriyalı yarımmüdafiəçi 2022-2023 mövsümündə Tovuz təmsilçisində çıxış edib. 

 

Günay Xəlil