"Səbail" klubu futbolçusu Luvaqa Kizito ilə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, uqandalı hücumçu ilə bu mövsümün sonunda başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, L.Kizito ötən ilin iyununda "Səbail"ə transfer edilmişdi. O, klubda meydana çıxdığı 23 oyunda 2 qol vurub.