Bu mövsüm "Qəbələ"nin heyətində yaxşı performans sərgiləyən Ülvi İsgəndərov xarici klubların da marağını çəkib.

Mediada yayılan xəbər görə, 24 yaşlı hücumçu Türkiyə və Kipr klublarının diqqətindədir.

Məsələni dəqiqləşdirmək üçün "Qəbələ"nin əsas qol ümidi ilə əlaqə saxladıq:

İsgəndərov Offsideplus.az-a açıqlamasında bunları dedi:

"Bəli, Türkiyənin 2-ci Liqasından və Kiprin yüksək liqasında çıxış edən komandalardan rəsmi təklif almışam, lakin mövsüm sonuna kimi "Qəbələ"də qalmağı düşnürəm."

Cavid Əliyev