"Zirə" Azərbaycan Kubokunun 1/8 finalında "Neftçi"yə qalib gələrək (1:0), adını növbəti mərhələyə yazdırıb. 

Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra fikirlərini bölüşüb: 

"Bu oyunu hamı maraqla gözləyirdi. Meydanda mübarizəli oyun keçdi. Hər iki komanda çalışırdı ki, qələbə qazansın. Çox yaxşı komplektləşmiş komandaya qarşı oynayırdıq. Futbolçularımız yaxşı mübarizə apardılar. 70-80-ci dəqiqədən sonra üstünlük bizdə idi. Çalışırdıq ki, oyun penaltilərə getməsin. Əlavə vaxtda önəmli qol vurub, vacib qələbə qazandıq. Futbolçularımızı, azarkeşlərimizi, rəhbərliyimizi təbrik edirəm".