Azərbaycan Kubokunun finalında "Sabah" "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edərək, titula yiyələnib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunu şərh edib: 

"Düşünürəm ki, maraqlı oyun alındı. Hər iki tərəf fərqlənə bildi. Bu, oyunçularımızın böyük bir əməyidir. "Sabah" futbol klubunu bu uğur münasibətilə təbrik edirəm. Rəqibə heç vaxt uduzmamışam? Elə bir resept yoxdur. "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır. Bu uşaqların gördüyü bir işdir. Elə bir sirr yoxdur".

Rusiyalı mütəxəssis gələcək karyerası barədə sualları cavablandırıb:

"Gələcək haqqında bir şey deyə bilmərəm. 3-4 gün gözləmək lazımdır ki, hər şeyi daha dəqiq bilək. Bütün bunları eşidəcəksiniz, klub rəhbərliyi ilə danışıqlar olacaq".