Bu gün "Formula 1" üzrə Monako Qran-prisi baş tutub.
Offsideplus.az xəbər verir ki, mövsümün 8-ci yarışında "Maklaren" pilotu Lando Norris qələbə qazanıb. Bu, Böyük Britaniya komandasının Monakoda 17 il sonra ilk qalibiyyəti olub.
İkinci yeri yerli pilot Şarl Lekler "Ferrari" üçün əldə edib. İlk "3-lüy"ü isə "Maklaren"in avstraliyalı sürücüsü Oskar Piastri tamamlayıb. Son çempion Maks Verstappen isə dördüncü yerlə kifayətlənib.
Qeyd edək ki, turnir cədvəlində Oskar Piastri 162 xalla birinci, komanda yoldaşı L.Norris isə 158 xalla ikincidir. "Red Bull"un niderlandlı pilotu Maks Verstappen 136 xalla çempionluq uğrunda savaşmağa davam edir.