"Ferrari"nin pilotu Lyuis Hemilton hazırda çempionata başçılıq edən sabiq komandası "Maklaren" barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 7 qat dünya çempionu İngiltərə təmsilçisinin bu vəziyyətdə olmasından xoşbəxtdir:
"Maklaren"in bu qədər yaxşı çıxış etməsi əladır, mən də karyerama orda başlamışam. Oskar və Lando çox istedadlıdır. Onlara olan təzyiqi təsvir etmək mümkün deyil. Oskar çempionluğu qazanmaq üçün etməli olduğu hər şeyi edir. Ona heç bir məsləhətim yoxdur, o, belə davam etməlidir".
Əlavə edək ki, Formula 1-də mövsümün 8-ci yarışı bu həftəsonu Monakoda keçiriləcək.