MotoGp-də mövsümün 5-ci yarışı başa çatıb.

Offsideplus.az xəbər verir ki, İspaniyanın Xeres şəhərində baş tutan yarışın ilk turlarında çempionatı lideri olan Mark Markes yerdə qalıb. O, daha sonra yarışı davam etdirsə də, sonda yalnız 13-cü ola bilib.

Qalib isə Markın balaca qardaşı Aleks Markes olub. O, karyerasında ilk dəfə MotoGp-də qələbə qazanıb. İspaniyalı həm də qardaşını keçərək çempionata başçılıq etməyə başlayıb.

2-ci yeri Fabio Kuartararo, 3-cü yeri isə Françesko Banyaya tutub.