Formula 1-də mövsümün 5-ci yarışı Səudiyyə Ərəbistanında keçirilir.

Offsideplus.az xəbər verir ki, bir az öncə başa çatan təsnifat yarışlarında ən sürətli "Red Bull"un pilotu Maks Ferstappen olub. Niderlandlı cari mövsümdə 2-ci dəfə ümumilikdə isə 42-ci polunu qazanıb.

O, sabahkı yarışa hamıdan öndə başlayacaq.

2-ci yeri son yarışın qalibi Oskar Piastri, 3-cü yeri isə "Mersedes"dən Corc Rassell tutub.

Çempionatın lideri Lando Norris qəza etdiyinə görə 10-cu yerlə kifayətlənməli olub.

Əsas yarış sabah Bakı vaxtıyla saat 21:00-da start götürəcək.