Formula 1-də mövsümün 2-ci yarışı Çində keçirilib.
Offsideplus.az xəbər verir ki, ötən gün polu qazanan "Maklaren"in pilotu Oskar Piastri əsas yarışda da səhvə yol verməyib və bütün rəqiblərini qabaqlayıb. Avstraliyalı sürücü karyerasında 3-cü qələbəsini qazanıb.
2-ci yeri Piastrinin komanda yoldaşı Lando Norris tutub. 3-cü yeri isə Avstraliyada da podiumu tamamlayan Corc Rassel tutub.