Formula 1-də mövsümün 2-ci yarışı Çində keçirilir.
Offsideplus.az xəbər verir ki, səhər saatlarında baş tutan sprint yarışında ən sürətli "Ferrari"nin pilotu Lyuis Hemilton olub. O, "şahlanan at"la ilk qələbəsini qazanıb.
Bu, həm də Hemiltonun və "Ferrari"nin sprintdə ilk qalibiyyəti olub.
2-ci yeri "Maklaren"in pilotu Oskat Piastri, 3-cü yeri isə "Red Bull" sürücüsü Maks Ferstappen tutub.