"Formula-1" Azərbaycan Qran-prisinin bu gün keçirilən sərbəst yürüşləri zamanı daha bir qəza baş verib.
Offsideplus.az xəbər verir ki, "Williams" komandasının pilotu bolidi səddə çırpıb və nəticədə mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gündən başlayan "Formula-1" Azərbaycan Qran-prisinə sentyabrın 15-də yekun vurulacaq.