"Formula 1" üzrə "Ferrari" komandasının üzvü Karlos Saynz Azərbaycan himnini oxuyub.
Offsideplus.az xəbər verir ki, İtaliya komandasının pilotları Şarl Lekler və Karlos Saynz "Formula Santander" sual-cavab proqramında sentyabrda keçiriləcək yarışları sadalayıb.
Sıra Azərbaycana gəlincə, ispaniyalı ulduz ölkəmizin himninindən bir parça səsləndirib və bunun "ən yaxşı himn" olduğunu deyib.
Qeyd edək ki, Bakı Qran-prisi 14-15 sentyabrda baş tutacaq.