“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 22-ci mərhələsinin - Las-Veqas Qran prisinin qalibi adını qazanıb.

Offsideplus.az xəbər verir ki, ikinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub.

İlk "üçlüy"ü "Red Bull"un digər sürücüsü Serxio Peres qapayıb.

Bununla da, üçqat dünya çempionu Ferstappen cari mövsüm 18-ci, ümumilikdə isə 53-cü qələbəsini qazanıb.