"Red Bull" pilotu Maks Ferstappen Belçika Qran Prisinə cəza ilə start verəcək.

Offsideplus.az xəbər verir ki, niderlandlı pilotun bolidində sürət qutusu dəyişdirildiyi üçün o, yarışa 5 pillə geridən başlayacaq. 

Qeyd edək ki, bu gün sıralama turu, şənbə sprint yarışı, iyulun 30-da isə əsas yarış keçiriləcək.