Beynəlxalq Avtomobil Federasiyası (FIA) Karlos Saynzın Avstraliya Qran Prisindəki cəzasının ləğvi ilə bağlı “Ferrari”nin müraciətini rədd edib. 

Offsideplus.az xəbər verir ki, FIA "Ferrari" komandasının pilotunun 5 saniyəlik cəriməsini qüvvədə saxlayıb. İtaliya komandası bu açıqlamanı yayıb:

"FIA-nın qərarı bizə xəyal qırıqlığı yaşatdı. Lakin qərara hörmətlə yanaşırıq".