"Redbull" komandasının sürücüsü Maks Ferstappen Mixail Şumaxerdən sonra "Formula 1"də ən tez ikinci çempionluğu əldə edən pilot ola bilər.

Offsideplus.az xəbər verir ki, hollandiyalı pilot "Ferrari"dən Çarlz Lekler ilə 22, komanda yoldaşı Serxio Pereslə 13 və Corc Rasslla 6 xallıq fərq yaratsa, son 5 yarış qalmış çempion titulunu təmin edəcək.

Bu, həftəsonu baş tutacaq Sinqapur Qran-Prisində gerçəkləşərsə, Maks F1 tarixinə keçəcək. Belə ki, gənc pilot ən tez çempionluğu qazanması halında bu ünvanı Nigel Mansellə bölüşəcək. Mixail Şumaxer 2002-ci ildə mövsümün bitməsinə 6 yarış qalmış çempionluğu əldə etmişdi. 

Qeyd edək ki, Sinqapur Qran-Prisi oktyabrın 2-də Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.