"Formula 1" üzrə Bəhreyn Qran-prisində ilk test yürüşü keçirilib.

Offsideplus.az xəbər verir ki, sınaq yürüşündə ən yaxşı nəticəyə Avstraliyanın "Maklaren" komandasının pilotu Daniel Rikkardo imza atıb.

"Alpha Tauri"nin sürücüsü Pyer Qasli 2-ci olub. İlk "3-lüy"ü "Red Bull"un pilotu Maks Ferstappen tamamlayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyun tarixlərində gerçəkləşməlidir.