"Formula 1" üzrə Saxir Qran-prisinin qalibi bəlli olub.
Offsideplus.az xəbər verir ki, Bəhreyndə təşkil olunmuş 16-cı mərhələdə "Racing Point" komandasının pilotu Serxio Peres karyerasında ilk dəfə finişə birinci çatıb.
"Renault"dan fransalı Esteban Okon ikinci, Peresin kanadalı komanda yoldaşı Lens Stroll üçüncü yeri tutub.
30 yaşlı Peres indiyədək 9 dəfə podiuma qalxıb. O, Pedro Rodrigesdən sonra Qran-pri qalibi olan ikinci meksikalıdır.
Növbəti Qran-pri 11 - 13 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək.


