Formula-1 üzrə 4 qat Dünya Çempionu Sebastian Fettelin çıxış edəcəyi yeni komanda açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu mövsümdən sonra "Ferrari"ni tərk edəcək Sebastian Fettelin yeni komandası "Aston Martin"dir. Bu barədə komandanın rəsmi saytı məlumat verib. Alman pilot 2021-ci ildən etibarən "Aston Martin"də çıxış edəcək. 

Sebastian Fettel karyerası boyunca 249 yarış keçirib, 120 dəfə podiuma qalxıb və 53 dəfə qələbə qazanıb. Pilot 2010, 2011, 2012 və 2013-cü illərdə "Redbull" komandası ilə ardıcıl 4 dəfə çempion olub.