Koronavirus (COVID-19) pandemiyasına görə "formula 1" mövsümünün ilk 8 yarışından beşi təxirə salınıb, üçü ləğv olunub.
Offsideplus.az xəbər verir ki, "Red Bull" şirkətinin idman məsləhətçisi Helmut Marko maraqlı açıqlama ilə diqqət çəkib.
O, sürücülərə bilərək Kovid-19 virusu yoluxdurmaq istədiklərini bildirib: “Dörd "Formula 1" və 8-10 gənc sürücümüz var. Yaranmış fasilədə bir düşərgə yaradıb onlara infeksiya yoluxdurmaq istədik. Bunun üçün ən ideal vaxt idi. Hamısı sağlam və güclü uşaqlardır. Belə olan halda yarışlar başlayanda hamıdan güclü olardılar. Virus davam etdiyi halda bizim üstünlüyümüz olardı. Bunu müzakirə etdik və qəbul olunmadı. Çünki Maks Ferstappen virusdan çox qorxur”.
Qeyd edək ki, "formula 1" üzrə Azərbaycan qran-prisi də koronavirusa görə təxirə salınıb.