İtaliyanın "Ferrari" komandası karantinə alınıb.

Offsideplus.az xəbər verir ki, komanda Avstraliyanın Melburn şəhərindəki ləğv olunan Qran-pridən sonra 14 günlük karantin elan edib.

"Ferrari"nin heç bir üzvündə koronavirus testi müsbət nəticə verməsə də, komanda evlərinə qayıda bilməyən hər kəsə otellərdə qalmağı təklif edib. 

 İtaliyada koronavirus pandemiyasının geniş yayılması səbəbindən şirkətin zavodları ən azı martın 27-dək bağlanır. 

Qeyd edək ki, daha öncə "Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı koronavirusa görə ləğv edib. Bəhreyn, Vyetnam və Çin Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb. 5 - 7 iyunda Azərbaycan Qran-prisi təşkil olunmalıdır.