Almaniyalı Mixael Şumaxerin 2002-ci il mövsümündə idarə etdiyi "Ferrari F2002" markalı avtomobil  hərracda satılıb.

 Offsideplus.az xəbər verir ki, "Formula 1"də çıxış etmiş sabiq pilotun 5-ci dəfə dünya çempionu olduğu avtomobil Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki hərracda 6,6 milyon dollara satılıb.

Qeyd edək ki, Mixael Şumaxer 7 qat dünya çempionudur. 2013-cü ilin dekabrında almaniyalı sabiq pilot dağ xizəkçiliyi kurortunda yıxılaraq başından ağır travmalar alıb. Ailəsi onun səhhəti barədə geniş informasiya verməməyi üstün tutur.