Azərbaycanlı FIFA referisi Elçin Məsiyevə UEFA yeni təyinat verib.

Offsideplus.az xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyununda, Rumıniyada ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək ilk matçı idarə edəcək. 

Ona yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. 

Avqustun 7-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Əlavə edək ki, E. Məsiyev avqustun 13-də UEFA superkuboku matçında 4-cü hakim olacaq.