"Sabah" iyulun 10-da Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Çelye"ni qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan öncə mətbuat konfransı keçirilib. "Bayquşlar"ın qapıçısı Stas Pokatilov şansların bərabər olduğunu düşünür:
"Futbol mövsümün başlaması münasibətilə hamınızı təbrik edirəm. Rəqibimiz çox güclüdür. Məncə, şanslar eynidir. Rəqibin güclü və zəif cəhətlərini analiz etmişik".
O, yeni baş məşqçi Valdas Dambrauskas oyun stilini bəyəndiyini də bildirib:
"Əvvəlki məşqçi heyətimizə təşəkkür etmək istəyirəm. Biz onlarla tarix yazdıq. Klub tarixində ilk kuboku qazandıq. Mən indiki baş məşqçimizi oyun stilini çox bəyənirəm. Onun məndən tələb etdikləri xoşuma gəlir".



