Qarabağ-a qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyduq”.
Offsideplus.az-ın məlumatına görə, bu sözləri Vorskla-nın kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Qarabağ-la keçirilən görüşdən (1:0) sonra deyib.
30 yaşlı yarımmüdafiəçi Ukrayna mətbuatına açıqlamasında Bakıda tarixi qələbə qazandıqlarını bildirib: “Oyundan sonra paltardəyişmə otağında sevinməyə gücümüz qalmamışdı. Əvvəlcə qələbəni hiss etmirdik. Ancaq tarixi qələbə oldu. Çünki Avropa Liqasının qrup mərhələsində ilk qalibiyyətimiz idi. Poltavalı azarkeşlərin hamısını təbrik edirəm”.