"Mançester Siti" klubu "Milan"ın futbolçusu Ticani Reyndersi transfer etməyin bir addımlığındadır.
Offsideplus.az xəbər verir ki, klublar arasında razılıq əldə olunub. Keçid 70 milyon avro civarında baş tutacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Reynders 2023-cü ilin yayından "Milan"da çıxış edir. Niderlandlı yarımmüdafiəçi cari mövsüm 54 oyunda 15 qol vurub.
O, bu yay "Mançester Siti"nin ilk transferi olacaq.